Herst-kasl

Herst-kasl

Herst-kasl - Kaliforniyanın Sakit okean sahilində Los-AncelesSan-Fransisko şəhərlərinə gedən yolda yerləşən milli tarixi abidə. Bu tikili 1951-ci ildə dünyasını dəyişmiş mediamaqnat Vilyam Rendolf Herstin malikanəsi olmuş və 1919-1947-ci illərdə memar Culiya Morqan tərəfindən dizayn edilmişdir. 1954-cü ildə Kaliforniya Dövlət Parkına çevrilmişdir.[1]

Bura 1958-ci ildə ziyarətçilərin baş çəkməsi üçün açıq elan edilmişdir.[2] Həmin vaxtdan etibarən San-Simeonda yerləşən incəsənət və antikvariat kolleksiyası ilə zəngin olan Herstin malikanəsi ictimai turlar üçün açıq elan edilmişdir. Şəhərin mərkəzində uzaqlıqda yerləşməsinə baxmayaraq, bura "hər il milyonlarla turist" axını gəlir.[3]

Herst malikanəni rəsmi olaraq "La Cuesta Encantada" ("Valehedici təpə") adlandırsa da, adətən "ranço" adlandırırdı. Herst-kasl və ətraf ərazilər bəzən Herstin mülkü ilə ətraf ərazilər arasındakı sərhədi nəzərə almadan "San Simeon" adlandırılır.

  1. "State Park Notes". Planning and Civic Comment. 20 (3): 27. September 1954.
  2. "State Park Notes". Planning and Civic Comment. 24 (3): 58. September 1958. The Hearst San Simeon State Historical Monument was dedicated and opened to the public June 2
  3. "Hearst Castle". San Simeon welcomes you. San Simeon Chamber of Commerce. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-09.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search